Rusiyada azərbaycanlının yük yerində 1,5 ton kələm olan "Qazel"i oğurlanıb

Rusiyada azərbaycanlının yük yerində 1,5 ton kələm olan "Qazel"i oğurlanıb Hadisə sentyabrın 9-dan 10-na keçən gecə baş verib
Hadisə
11 Sentyabr , 2016 15:35
Rusiyada azərbaycanlının yük yerində 1,5 ton kələm olan Qazeli oğurlanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sankt-Peterburqun Nevski rayonunda yük yerində ton yarım kələm olan "Qazel" oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə maşının 58 yaşlı Azərbaycan əsilli sahibi məlumat verib.

Onun sözlərinə görə, furqon sentyabrın 9-dan 10-na keçən gecə yoxa çıxıb. Maşın Sedova küçəsi, ev 160-ın qarşısında park edilib. Yük maşınında 1,5 ton baş kələm olub.

Videomüşahidə kameraları oğurluq hadisəsini qeydə alıb. Qeydlərdə furqonun İvanovski küçəsinə, oradan isə Volodarski körpüsü istiqamətində getdiyi müşahidə olunub.

Hazırda dəyən ziyanın məbləği dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi