​Rusiyada azərbaycanlı hərbçinin qətli ilə bağlı yoxlama aparılır

​Rusiyada azərbaycanlı hərbçinin qətli ilə bağlı yoxlama aparılır Münaqişənin milli zəmində düşdüyü bildirilsə də, 76-cı diviziyanın komandiri bu məlumatı təkzib edib
Hadisə
3 Dekabr , 2014 04:05
​Rusiyada azərbaycanlı hərbçinin qətli ilə bağlı yoxlama aparılır
Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiyanın Pskov şəhərində yerləşən 76-cı desant-hücum diviziyasının 104-cü alayında Novqorod vilayətindən yenicə hərbi xidmətə çağırılmış Azərbaycan əsilli əsgərin qətlə yetirilməsi faktı ilə bağlı istintaqa qədər yoxlama aparılır.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Pskov qarnizonunun hərbi prokurorluğundakı mənbə məlumat verib.

"Hazırda Pskov qarnizonunun Hərbi-istintaq şöbəsi tərəfindən hərbçinin qətlə yetirilməsi faktı ilə bağlı istintaqa qədər yoxlama aparılır. Bunun nəticəsinə əsasən, cinayət işi qaldırılacaq", - deyə məlumatda bildirilir.

Rusiya İstintaq Komitəsinin Pskov qarnizonu üzrə Hərbi-istintaq şöbəsinin rəhbəri Vitali Mironov insidentin baş verməsi faktını təsdiqləyib, lakin hadisəni şərh etmək istəməyib.

"Hələ ki, rəsmi məlumat verə bilmərik", - deyə o qeyd edib.

Noyabrın 27-də Çeryoxda yerləşən 104-cü alayda hərbçilər arasında münaqişə baş verib. Nəticədə həmyerlimiz Kostromskidən olan hərbçi yoldaşı tərəfindən bıçaqlanıb və iki gündən sonra xəstəxanada keçinib. Hadisə zamanı daha iki nəfər də bıçaq xəsarəti alıb.

Münaqişənin milli zəmində düşdüyü bildirilsə də, 76-cı diviziyanın komandiri Aleksey Naumets bu məlumatı təkzib edib.

Son xəbərlər

Orphus sistemi