​Rusiyada azərbaycanlı döyülərək çaya atılıb və suda boğularaq ölüb

​Rusiyada azərbaycanlı döyülərək çaya atılıb və suda boğularaq ölüb Hadisə federasiyanın Çita şəhərində baş verib
Hadisə
24 Fevral , 2015 06:43
​Rusiyada azərbaycanlı döyülərək çaya atılıb və suda boğularaq ölüb

Bakı. 24 fevral. REPORT.AZ/ Rusiyada istintaq orqanları tərəfindən 1986-cı il təvəllüdlü Çita şəhər sakininə qarşı qaldırılan cinayət işinin təhqiqatı başa çatdırılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, adam öldürməkdə müqəssir bilinir.

İstintaqın məlumatına görə, 2014-cü il sentyabrın 28-nə keçən gecə müttəhim Yelizovo şəhərində kafedə olarkən, 53 yaşlı Azərbaycan vətəndaşının qıza sataşdığını güman edib. Onlar münasibətlərinə aydınlıq gətirmək üçün kafedən kənara çıxıblar. Polovkina çayı sahilində mübahisə zamanı müttəhim həmyerlimizin baş nahiyəsinə çoxsaylı yumruq zərbələri endirib, daha sonra onu çaya atıb. 53 yaşlı azərbaycanlı tənəffüs yollarının mexaniki olaraq su ilə bağlanması nəticəsində dünyasını dəyişib.

Hazırda istintaq tərəfindən kifayət qədər dəlil bazası toplanıb və cinayət işi ittiham qərarının təsdiqlənməsi üçün prokurora göndərilib. İttiham qərarı təsdiq edildikdən sonra mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi