Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb O, soyğunçuluq və quldurluq etdiyi üçün axtarışda olub
Hadisə
5 Dekabr , 2014 14:03
Rusiyada  axtarışda olan şəxs Azərbaycanda saxlanılıb
Bakı. 5 dekabr. REPORT.AZ/  Rusiya Federasiyasında (RF) axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF-ı Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan Vilayət Quliyev tutulub.

Son xəbərlər

Orphus sistemi