Rusiyada axtarışda olan şəxs Azərbaycanda avtomobil oğurladığına görə tutulub

Rusiyada axtarışda olan şəxs Azərbaycanda avtomobil oğurladığına görə tutulub İsmayıl Baxşəlizadə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə federal axtarışda olub
Hadisə
26 Sentyabr , 2016 12:58
Rusiyada axtarışda olan şəxs Azərbaycanda avtomobil oğurladığına görə tutulub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyada axtarışda olan şəxs Azərbaycanda avtomobil oğurluğuna görə tutulub. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 24-də saat 03 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindən qəsəbə sakini Adil Şirinova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Ceyhun Paşayev və sərnişinləri - Gəncə şəhər sakinləri İsmayıl Baxşəlizadə, əvvəllər məhkum olunmuş Nadir Hüseynov, Sərxan İsgəndərov və Ucar rayon sakini Fərid Abdurəhmanov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırma zamanı İ.Baxşəlizadənin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə federal axtarışda olması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi