​Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

​Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb O, rüşvət verməkdə şübhəli bilinir
Hadisə
12 Mart , 2015 07:47
​Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 12 mart. REPORT.AZ/ 10 mart 2015-ci il tarixində "Urux"Federal nəzarət-buraxılış məntəqəsində 40 yaşlı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılıb.

"Report" Kabardin-Balkar Respublikası üzrə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sənədlərə baxış zamanı məlum olub ki, avtomobilin salonunda olan 44 yaşlı digər həmyerlimiz Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə (rüşvət vermək) nəzərdə tutulan cinayətdə şübhəli bilindiyi üçün axtarışdadır.

Axtarışın təşəbüskarı olan Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumatlandırılıb. Həmyerlimiz saxlanılıb.

Son xəbərlər

Orphus sistemi