Rusiya və Gürcüstanda adam öldürdüyünə görə axtarışda olan şəxslər Azərbaycanda tutulub

Rusiya və Gürcüstanda adam öldürdüyünə görə axtarışda olan şəxslər Azərbaycanda tutulub Nicat Kiçibəyov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə axtarışda olub
Hadisə
30 Sentyabr , 2015 12:41
Rusiya və Gürcüstanda adam öldürdüyünə görə axtarışda olan şəxslər Azərbaycanda tutulub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyada adam öldürdüyünə görə axtarışda olan şəxs Azərbaycanda tutulub. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Nicat Kiçibəyov tutulub.

Bundan başqa Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov tutulub. 

Son xəbərlər

Orphus sistemi