​Rusiyada 53 kiloqram Azərbaycan qozu, meyvə və tərəvəzi məhv edilib

​Rusiyada 53 kiloqram Azərbaycan qozu, meyvə və tərəvəzi məhv edilib Məhsullar Bakıdan gedən sərnişinlərin əl yükü və baqajından götürülüb
Hadisə
30 Avqust , 2015 14:55
​Rusiyada 53 kiloqram Azərbaycan qozu, meyvə və tərəvəzi məhv edilib

Bakı. 30 Avqust. REPORT.AZ/ Təkcə son həftə ərzində Perm hava limanında Rusiyanın Baytarlıq və Fitosanitar Federal Xidmətinin əməkdaşları və gömrük işçiləri Bakıdan gələn sərnişinlərin əl yükü və baqajından 53 kq. paxla, qoz-fındıq, meyvə-tərəvəz, quru meyvə və düyü müsadirə ediblər.

"Report" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, bütün məhsullar məhv edilib.

Federal Xidmət Rusiya Federasiyası ərazisində Azərbaycan, Özbəkistan və Tacikistandan karantin altında olan məhsulların gətirilməsinə qadağanın mövcud olduğunu xatırladır.

Son xəbərlər

Orphus sistemi