​Rusiyada 50 yaşlı azərbaycanlı mühakimə olunacaq

​Rusiyada 50 yaşlı azərbaycanlı mühakimə olunacaq O iri həcmdə vergidən yayınmaqda ittiham olunur
Hadisə
20 Aprel , 2016 07:54
​Rusiyada 50 yaşlı azərbaycanlı mühakimə olunacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiyanın Mari El Respublikası prokurorunun birinci müavini Yuri Voronçixin Azərbaycan SSR-də doğulmuş və hazırda Yoşkar-Ole şəhərində yaşayan 50 yaşlı İsrail Manafova qarşı ittiham aktını təsdiq edib və cinayət işini məhkəməyə göndərib.

"Report" xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 198-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətin (Vergidən yayınma) törədilməsində ittiham olunur.

İstintaq müəyyən edib ki, İsrail fərdi sahibkardır və 2013-cü il ərzində göstərdiyi fəaliyyət barədə bilərəkdən vergi bəyannaməsinə yalan məlumatlar daxil edib. O nəticədə vergidən 2 milyon 711 min rubl məbləğində yayınıb ki, bu da onun göstərilən dövr ərzində ödəməli olduğu həcmin 99,79 %-ni təşkil edir. Müttəhim günahını tam olaraq etiraf edib.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Yoşkar-Olinski Şəhər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi