​Rusiyada 12 ildən sonra azadlığa çıxan azərbaycanlı güllələnib

​Rusiyada 12 ildən sonra azadlığa çıxan azərbaycanlı güllələnib Zərərçəkən hadisə yerində ölüb
Hadisə
18 Fevral , 2016 00:02
​Rusiyada 12 ildən sonra azadlığa çıxan azərbaycanlı güllələnib

Bakı. 18 fevral. REPORT.AZ/ Sankt-Peterburqun Nevski rayonunda iki ay əvvəl həbsdən azad edilən 53 yaşlı azərbaycanlı Yusif Qebeyev güllələnib.

"Report" xəbər verir ki, hadisə fevralın 12-də baş verib.

Naməlum şəxs Podvoyski küçəsi ilə hərəkət edən "Renault Duster" markalı avtomobildən ona atəş açıb. Zərərçəkən hadisə yerində keçinib.

Müstəntiqlər mərhumun üzərinə baxış zamanı onun Lipetskdə cəzaçəkmə müəssisəsindən azad edilməsi haqqında arayış aşkar ediblər.

Müəyyən edilib ki, Yusifin qətli 13 il əvvəl törədilən cinayətlə bağlıdır. Məlumdur ki, 2003-cü ildə Moskvada pərakəndə ticarətlə məşğul olan və ərazinin bölüşdürülməsi ilə bağlı danışıqlar aparan 33 yaşlı Şamil Məmmədov öldürülüb.

Məlum olub ki, yerli "avtoritet" tərəfindən muzdla tutulan cinayətkarlar Məmmədova boyun nahiyəsindən bıçaq xəsarəti yetiriblər, ardınca isə onu "Makarov" tipli tapança ilə güllələyiblər.

Yusif Qebeyev həmin vaxt şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İki ay əvvəl azadlığa çıxan Yusif həyatı üçün təhlükənin olacağından ehtiyatlanaraq Moskvaya deyil, Peterburqa gedib. Lakin qisasçılar onu orada axtarıb tapıblar.

Son xəbərlər

Orphus sistemi