​Rusiyada üç Azərbaycan vətəndaşı mağazaya silahlı basqın edib

​Rusiyada üç Azərbaycan vətəndaşı mağazaya silahlı basqın edib Onlar satıcı qadını döyərək dükanı qarət ediblər
Hadisə
5 Yanvar , 2015 01:25
​Rusiyada üç Azərbaycan vətəndaşı mağazaya silahlı basqın edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Yanvarın 4-ü səhər saatlarında Rusiyanın Puşkin şəhərinin Konyuşennaya küçəsində ərzaq mağazasını qarət edən üç Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bıçaqla silahlanmış üç naməlum şəxs 24 saat fəaliyyət göstərən mağazaya girərək satıcı qadını döyüb.

Soyğunçular daha sonra qadının çantasını, kassadakı nağd pulları, həmçinin bir qədər yemək, siqaret və araq götürüblər və qırmızı rəngli "Jiquli" markalı maşına minərək hadisə yerindən uzaqlaşıblar. Lakin polis satıcı qadının siqnalizasiya düyməsini basması nəticəsində, cinayətkarları təqib edə bilib.

Saxlanılan şəxslər 23-41 yaş aralığındadırlar. Cinayət işinin qaldırılması məsələsinə baxılır. Dəyən ziyan hesablanır. Lakin canilərin kassadan 50 min rubl çıxartdıqları məlumdur.

Son xəbərlər

Orphus sistemi