​Rusiya DİN: "Qətl törədən azərbaycanlı "Allahu Əkbər" deməyib"

​Rusiya DİN: "Qətl törədən azərbaycanlı "Allahu Əkbər" deməyib" "Bunlar hamısı jurnalistlərin uydurmasıdır"
Hadisə
2 Mart , 2016 04:04
​Rusiya DİN: Qətl törədən azərbaycanlı Allahu Əkbər deməyib

Bakı. 2 mart. REPORT.AZ/ Sankt-Peterburqda qətl törədən Azərbaycan vətəndaşının hadisədən sonra polisə zəng edərək insident barədə məlumat verməsi və sonda "Allahu Əkbər" söyləməsi, eyni zamanda axtarış zamanı qaldığı evdən ekstremist ədəbiyyatın tapılması həqiqətə uyğun deyil.

"Report" xəbər verir ki, bunu "Qovorit Moskva" radiostansiyasına müsahibəsində Rusiya Daxili İşlər Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vyaçeslav Stepçenko bildirib.

"Bu məlumat obyektiv təsdiqini tapmır. Məişət zəminində qətl hadisəsi baş verib. "Allahu Əkbər" - bütün bunlar jurnalistlərin uydurmasıdır", - deyə V. Stepçenko bildirib.

Hadisə 1 mart tarixində Primorski rayonu, Kolxoznaya küçəsi, ev 36-da baş verib. 52 yaşlı ev sahibi vaxtından əvvəl kirayə pulunu istəməyə gəlib. Hadisə zamanı o sərxoş olub. 41 yaşlı kirənişin ilə aralarında yaranan mübahisə zamanı, azərbaycanlı onu bıçaqlayıb və nəticədə zərərçəkən keçinib. Daha sonra o polisə zəng edərək hadisə barədə məlumat verib və könüllü surətdə təslim oub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə ("Qətl") cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi