Rüfət Səfərova hökm oxunub - YENİLƏNİB

Rüfət Səfərova hökm oxunub - YENİLƏNİB Proses hakim Asim Hacıyevin sədrliyi ilə keçirilib
Hadisə
8 Sentyabr , 2016 18:09
Rüfət Səfərova hökm oxunub - YENİLƏNİB

Lənkəran. 8 sentyabr. REPORT.AZ/ Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

"Report”un məlumatına görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Səfərova hökm oxunub. Məhkəmənin qərarı ilə ona 9 il iş kəsilib. R.Səfərov məhkəmə zalında həbs edilib.

*** 17:14

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

"Report”un məlumatına görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Səfərovun vəkili Bəhruz Bayramov məhkəmədən müdafiə çıxışı üçün vaxt istəyib.

Vəkil onun Lənkəranda və ətraf yaxın ərazilərdə ofisi və ya qalacağı yer olmadığına görə, o müdafiə çıxışı hazırlaya bilmədiyini deyib.

Vəsatət təmin edilməyib və hakim vəkilin barəsində məhkəməni qəsdən uzatması barədə xüsusi qərardad çıxarıb.

Prosesdə fasilə elan olunub.

Xatırladaq ki, ötən posesdə dövlət ittihamçısı R.Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi