​Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb

​Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb Bu barədə o, özü məlumat yayıb
Hadisə
16 İyun , 2016 16:16
​Rüfət Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb

Bakı. 16 iyun. REPORT.AZ / Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan keçmiş müstəntiq Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

"Report"un xəbərinə görə, bu barədə R.Səfərov özü məlumat yayıb.

O bildirib ki, bu gün saat 17:00-da idarəyə gedəcək.

R.Səfərov deyib ki, onu idarəyə Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov dəvət edib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi