Rövşən Lənkəranskinin cənazə namazı qılınıb

Rövşən Lənkəranskinin cənazə namazı qılınıb Minlərlə insan kriminal avtoritetlə vidalaşmağa gəlib
Hadisə
19 Avqust , 2016 03:36
Rövşən Lənkəranskinin cənazə namazı qılınıb

Lənkəran. 19 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində güllələnərək qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazə namazı qılınıb.

"Report"un Cənub bürosunun məlumatına görə, mərasim Lənkəranın Kiçik Bazar məscidində baş tutub.

Hazırda mərhumla vida mərasimi davam edir. Minlərlə insan məscid qarşısına gələrək bir-birlərinə və onun ailə üzvlərinə başsağlığı verirlər.

Mərhumun cənazəsi gecə saatlarında xüsusi İstanbul-Lənkəran reysi ilə Azərbaycana gətirilib. Qarşılanma mərasimində azı 2-3 min insan iştirak edib. Sonra insanlar hava limanından cənazənin aparıldığı məscid istiqamətində hərəkət etməyə başlayıblar. Ərazidə böyük sıxlıq yarandığı üçün vidalaşmağa gələnlərdən evlərinə getmələri xahiş olunur. Buna baxmayaraq izdiham artmaqda davam edir.

Kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyev bu gün səhər "Kiçik bazar" qəbiristanlığında torpağa tapşırılacaq.

İnsident avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Son xəbərlər

Orphus sistemi