Bakı. 28 may. REPORT.AZ/ Ötən gün Moskvada polis əməkdaşı Andrey Bannovı qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya
Məlumata görə, Moskvanın cənubunda kiçik polis serjantı Bannovun qətlində şübhəli bilinən 1990-cı il təvəllüdlü azərbaycanlı Rəşidov Nemət İlham oğlu axtarışa verilib.
Moskva polisinin bütün şəxsi heyəti şübhəli şəxsin axtarışına cəlb olunub.