Reklam şirkətindən oğurluq edən şəxs tutulub

Reklam şirkətindən oğurluq edən şəxs tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
4 Aprel , 2015 14:08
Reklam şirkətindən oğurluq edən şəxs tutulub

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda reklam şirkətindən oğurluq edən şəxs Gəncədə tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Rüfət Rüstəmova məxsus reklam şirkətindən 2 ədəd kompüter oğurlayan Məhəmməd Rəhimov Gəncə şəhərində tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi