Rəis: “İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir hotel və mehmanxanaya nəzarət etmir”

Rəis: “İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir hotel və mehmanxanaya nəzarət etmir” “2015-ci ildə hotel və digər yerlərdə 197 əxlaqsızlıq yuvası aşkarlanıb”
Hadisə
23 May , 2016 12:45
Rəis: “İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir hotel və mehmanxanaya nəzarət etmir”

Bakı. 23 may. REPORT.AZ/ “İnsan alveri qurbanlarının sığnacaqda yerləşdirilməsi üçün aylıq saxlanılma xərci 720 manatdır”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev rəhbəri olduğu idarənin və Mətbuat Şurasının KİV nümayəndələri üçün təşkil etdiyi seminarda bildirib.

Rəis deyib ki, həmin şəxslərə lazımi tibbi yardımlar olunur və onlar mövsümü geyimlərlə təmin edilir.

O bildirib ki, 2015-ci ildə hotel və digər yerlərdə 197 əxlaqsızlıq yuvası aşkarlanıb: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir hotel və mehmanxanaya nəzarət etmir. Bunlar mətbuatda gedən yalan məlumatlardır”.

Son xəbərlər

Orphus sistemi