Rayon İcra Hakimiyyətinin qarşısında yol qəzası baş verib - FOTO

Rayon İcra Hakimiyyətinin qarşısında yol qəzası baş verib - FOTO Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib, sürücüləri yüngül bədən xəsarətləri alıb
Hadisə
16 Oktyabr , 2015 10:56
Rayon İcra Hakimiyyətinin qarşısında yol qəzası baş verib - FOTO

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakının Xocalı prospektində, Xətai Rayonu İcra Hakimiyyətinin qarşısında yol qəzası baş verib.

"Report"un məlumatına görə, qəzaya səbəb "Mercedes" markalı 90-VD-378 nömrə nişanlı avtomobilin "KİA" markalı 90-FS-812 dövlət nömrə nişanlı minik maşınının yoluna çıxması olub. Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib, sürücüləri yüngül bədən xəsarətləri alıb.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi