Rauf Mirqədirovun məhkəməsində şahidlərin dindirilməsi başa çatıb

Rauf Mirqədirovun məhkəməsində şahidlərin dindirilməsi başa çatıb Növbəti proses dekabrın 14-də keçiriləcək
Hadisə
9 Dekabr , 2015 11:42
Rauf Mirqədirovun məhkəməsində şahidlərin dindirilməsi başa çatıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev şahidlərin dindiriliməsinin başa çatdığını deyib: "Lakin məhkəmənin istintaqı yekunlaşmayıb. Rauf Mirqədirovun əleyhinə heç bir ifadə verən olmayıb".

Növbəti proses dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi