​Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb

​Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub
Hadisə
3 Mart , 2016 15:26
​Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti vermək üçün müddət bitmədiyindən proses təxirə salınıb.

Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi