Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb

Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb Jurnalistin vəkili Fuad Ağayev dörd vəsatət qaldırıb
Hadisə
18 Fevral , 2016 15:58
Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb.

“Report”un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Jurnalistin vəkili Fuad Ağayev dörd vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi