Ramil Usubov vətəndaşları qəbul edəcək

Ramil Usubov vətəndaşları qəbul edəcək Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Hadisə
29 Mart , 2015 17:58
Ramil Usubov vətəndaşları qəbul edəcək

Bakı. 29 mart. REPORT.AZ/ Aprelin 25-də saat 10:00-da daxili işlər naziri general-polkovnik Ramil Usubov Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarının sakinlərini Göyçay rayon polis şöbəsində qəbul edəcək. Bu barədə “Report”a Azərbaycan DİN-in mətbuat xidmətindən bildirilib.

Qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. Sıra baxışında, yalnız adları qeyd olunangöstərilən şəhər və rayonların - müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, həmçinin boyu 170 santimetrdən aşağı olmayan Azərbaycan Respublikasının qadın vətəndaşları - sakinləri iştirak edə blərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə elan olunan vəzifələrdə əmək funksiyasının yüksək fiziki gərginlik, həyəcan və həssaslıqla bağlı olmasının, eləcə də xidmətin növbəli, bir çox hallarda gücləndirilmiş iş variantında post-patrul nizami hissələrində aparılacağının nəzərə alınması xahiş olunur.

Son xəbərlər

Orphus sistemi