Qusarda traktorla minik maşını toqquşub: 1 ölü - FOTO - YENİLƏNİB

Qusarda traktorla minik maşını toqquşub: 1 ölü - FOTO - YENİLƏNİB Qəza nəticəsində minik avtomobili yanmağa başlayıb
Hadisə
16 Avqust , 2015 22:58
Qusarda traktorla minik maşını toqquşub: 1 ölü - FOTO - YENİLƏNİB

Bakı. 16 Avqust. REPORT.AZ/ Bakı-Quba-Dağıstan yolunun Qusar rayonu ərazisindən keçən hissəsində (198 km) ölümlə nəticələnən yol qəzası qeydə alınıb. 

“Report” xəbər verir ki, qəza traktorla “Toyota Camry” markalı avtomobilin toqquşması nəticəsində baş verib.Qəza nəticəsində “Toyota” yanmağa başlayıb.

Qusarın Düztahir kəndində müəllim işləyən traktor sürücüsü Əzimov Əzim dünyasını dəyişib. Onun meyiti Qusar Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Qəzanı törədən Rusiya dövlət qeydiyyat nişanlı "Toyota Camry"nin sürücüsü, Tümen vilayətində yaşayan Rusiya vətəndaşı Osmanov Xadiq Yaqub oğlu maşında olan ailəsi ilə birgə taksiyə minərək ərazidən qaçıb.

Son xəbərlər

Orphus sistemi