​Qusarda həmkəndlisini avtomobillə əzib öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

​Qusarda həmkəndlisini avtomobillə əzib öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb İş hakim Əfqan Hacıyevin icraatına verilib
Hadisə
5 İyul , 2016 15:23
​Qusarda həmkəndlisini avtomobillə əzib öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakı. 5 iyul. REPORT.AZ/ Qusarda həmkəndlilərini avtomobillə vurub əzən, onlardan birini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, Habil Abbasovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin başlama tarixi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 29-da Qusar rayonunun İmamqulu kəndində baş verib. Kənd sakini H.Abbasov münaqişə zəminində idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndliləri Əliverdi Mirzəyevi və Ziyəddin Ağasıbəyovu vuraraq hadisə yerini tərk edib. Ə.Mirzəyev hadisə yerində ölüb, Z.Ağasibəyov isə xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi