Quş sürüsü ilə toqquşan təyyarə İstanbula geri qayıdıb

Quş sürüsü ilə toqquşan təyyarə İstanbula geri qayıdıb Hadisə Bakı saatı ilə 21.20-də baş verib
Hadisə
28 Yanvar , 2015 02:42
Quş sürüsü ilə toqquşan təyyarə İstanbula geri qayıdıb

BAKI. 28 yanvar. REPORT.AZ/ İstanbul-Kişinyov reysi ilə hərəkət edən Türk Hava Yolları şirkətinə məxsus Airbus A-320 tipli təyyarə havada quş sürüsü ilə toqquşub.

"Report"un Hürriyet qəzetinə istinadla verdiyi xəbərə görə, texniki nasazlığın əmələ gəlməsindən ehtiyat edən pilotlar Atatürk Hava Limanı-na qayıdmaq barədə qərar qəbul ediblər.

Hadisə ötən axşam Bakı saatı ilə 21.20-də baş verib. Təyyarə texnilki yoxlanış məqsədi ilə anqara aparılıb, sərnişinlər isə 00.00-da başqa bir təyyarə ilə Moldovaya yola düşüblər.

Son xəbərlər

Orphus sistemi