"​Qurd qapısı" qəbiristanlığında yanğın baş verib

"​Qurd qapısı" qəbiristanlığında yanğın baş verib Yanğının söndürülməsi və onun digər ərazilərə keçməsinin qarşısı alınır
Hadisə
28 İyul , 2015 15:33
​Qurd qapısı qəbiristanlığında yanğın baş verib

Bakı. 28 iyul. REPORT.AZ/ Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYNX) Bakı şəhəri Səbail rayon Dövlət Yanğından Mühafizə hissəsindən (DYMH) məlumat verilib.

Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Qəbiristanlıq həm Yasamal, həm də Səbail rayonlarının ərazisində yerləşdiyi üçün yanğının söndürlməsinə hər iki rayonun yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər olunub. İlkin məlumata görə, qəbiristanlıq ərazisində kol-kosun yanması ilə yanğının genişlənməsi müşahidə olunur. Yanğının söndürülməsi və onun digər ərazilərə keçməsinin qarşısı alınır.

Son xəbərlər

Orphus sistemi