​Rusiyada 17 yaşlı azərbaycanlı qız itkin düşüb

​Rusiyada 17 yaşlı azərbaycanlı qız itkin düşüb Qumru Əhmədova sonuncu dəfə 2014-cü il dekabrın 26-da görünüb
Hadisə
5 Yanvar , 2015 03:41
​Rusiyada 17 yaşlı azərbaycanlı qız itkin düşüb
Bakı. 5 yanvar. REPORT.AZ/ Moskva vilayətinin Dolqoprudnıy şəhərində artıq doqquz gündür 17 yaşlı azərbaycanlı məktəbli Qumru Əhmədova itkin düşüb.

"Report" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdi sonuncu dəfə dekabrın 26-da günorta saatlarında görünüb.

"Biz rübün başa çatmasını qeyd etmək münasibəti ilə rəfiqələrimizdən birinin mənzilinə toplaşmışdıq. Bir qədər oturduq. Qumru digərlərindən xeyli tez getdi. O milliyətcə azərbaycanlıdır. Onun ailəsi kifayət qədər ciddidir, ona evə tez gəlməsini demişdilər", - deyə onun sinif yoldaşlarından biri bildirib.

Qız təqribən 16:00-da rəfiqəsi ilə binadan çıxıb. Bir neçə dəqiqədən sonra onu küçədə telefonla danışan görüblər. 16:11-də o, "VKontakte" sosial şəbəkəsindəki səhifəsinə girib.

"Təqribən həmin vaxt yoldaşım qızıma zəng edərək təcili evə gəlməsini bildirib. 15 dəqiqdən sonra isə, onun telefonuna artıq zəng çatmırdı. Biz narahat olmağa başladıq. Mən telefonla polisə uşağın itməsi barədə məlumat verdim. Biz ümid edirdik ki, o indilərdə gələr. Gecə saat üçdə mən dözmədim, polisə gedib, ərizə yazdım", - deyə itkin düşən qızın atası Mirsaleh Əhmədov söyləyib.

Polis 17 yaşlı Qumrunun evlənmək məqsədi ilə qaçırıldığını ehtimal edir.

Son xəbərlər

Orphus sistemi