Quldurluqda təqsirli bilinən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Quldurluqda təqsirli bilinən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib Ona Cinayət Məcəlləsinin 181(quldurluq) maddəsi ilə ittiham verilib
Hadisə
5 İyul , 2016 10:48
Quldurluqda təqsirli bilinən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəminin hökmü ilə E.Vahabzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Bakı şəhər sakini Emil Kərimovun 2030 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Elşən Vahabzadə tutulub.

Ona Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi