​Quldurluqda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib

​Quldurluqda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb
Hadisə
30 Aprel , 2016 14:55
​Quldurluqda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib

Bakı. 30 aprel. REPORT.AZ/ Quldurluqda təqsirləndirilən Hətəm Bağırov, Amin Məmmədli, Əsgər Əsgərli, Fariz Babaşov, Yəhya Məmmədli, Nicat Əsədov və Xanlar Kərimovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmənin ilkin qərarından təqsirləndirilən şəxslər kassasiya şikayəti veriblər.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, quldurluq hadisəsi 2015-ci ilin yanvarında Xəzər rayonunun Qala kəndində baş verib. İttiham aktına əsasən, həmin şəxslər Xəzər rayon sakini Aynurə Rüstəmovaya qarşı quldurluq ediblər. Məhkəmədə ifadə verən A.Rüstəmova həbs olunan 7 nəfərin hamısını tanımadığını bildirib. Zərərçəkmiş həmin şəxslərin hamısının onun evinə girmədiyini deyib.

Təqsirləndiririlən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Bağırov, A.Məmmədli, Ə.Əsgərli və F.Babaşovun hər biri 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Y.Məmmədliyə, N.Əsədova və X.Kərimova isə şərti olaraq cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Hökmdən narazı qalan dövlət ittihamçısı şərti azadlığa buraxılan şəxslərin cəzalarının ağırlaşdırılması barədə apellyasiya protesti, H.Bağırov, A.Məmmədli, Ə.Əsgərli və F.Babaşov isə cəzalarının azaldılması üçün apellyasiya şikayəti veriblər. 

Son xəbərlər

Orphus sistemi