​Quldurluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Quldurluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
28 İyun , 2016 09:15
​Quldurluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 28 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ülvi Müslümovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ü.Müslümovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci ilin oktyabr ayının 6-da Səbail rayon ərazisində Bakı şəhər sakini Ü.Müslümov Elməddin Nərimanlının mobil telefonunu quldurluq yolu ilə alıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Müslümov tutulub. Araşdırma zamanı məlum olub ki, həmin şəxs digər soyğunçuluq hadisələri də törədib.

Ü.Müslümov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il aprel ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ü.Müslümov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi