​Quldurluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

​Quldurluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
26 May , 2016 15:40
​Quldurluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Rəşad Ağazadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Ağazadə quldurluq etməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanıb. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi