Qubada traktorla yük maşını toqquşub, 1 nəfər yaralanıb

Qubada traktorla yük maşını toqquşub, 1 nəfər yaralanıb Hadisə yolun qaranlıq olması nəticəsində baş verib
Hadisə
23 Sentyabr , 2016 08:05
Qubada traktorla yük maşını toqquşub, 1 nəfər yaralanıb

Quba. 23 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Bakı-Quba yolunun Paşaoba kəndi ərazisində yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə yolun qaranlıq olması səbəbindən baş verib.

Qəza zamanı Paşaoba kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndərov Gülayəddin Ağarəhim oğlunun idarə etdiyi traktorla "Kamaz" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində traktorun sürücüsü xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəyə döş qəfəsinin əzilməsi, sağ qulaq seyvanın əzilmiş-cırılmış yaraları, bədənin çox saylı sıyrıntıları diaqnozu qoyulub.

Hadisə şahidlərinin sözlərinə görə, naməlum "Kamaz" sürücüsü xəsarət almayıb.

Faktla bağlı Quba Rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi