Qubada sərnişin avtobusu qəzaya düşüb, 15 nəfər xəsarət alıb - FOTO

Qubada sərnişin avtobusu qəzaya düşüb, 15 nəfər xəsarət alıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Mart , 2016 14:29
Qubada sərnişin avtobusu qəzaya düşüb, 15 nəfər xəsarət alıb - FOTO

Bakı. 29 mart. REPORT.AZ/ Quba rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. "Report"un məlumatına görə, hadisə Bakı-Quba yolunun 153-cü kilometrliyində, rayonun Qaraçay kəndi ərazisində baş verib. 

Belə ki, yük avtomobilinin sürücüsü, 47 yaşlı Səsahəd Ataxan oğlu Qaraxanov hərəkətdə olarkən idarəetməni itirib və rayon mərkəzindən Küçeyi kəndinə sərnişin daşıyan, 66 yaşlı Sayəddin Beyrut oğlu İmaniyevin idarə etdiyi "PAZ" markalı 50 BU 158 dövlət qeydiyyat nişanlı avtobusa çırpılıb.

Hadisə zamanı avtobusda olan 15 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi