​Qubada maşın ağaca çırpılıb, 3 nəfər ölüb - YENİLƏNİB - FOTO - VİDEO

​Qubada maşın ağaca çırpılıb, 3 nəfər ölüb - YENİLƏNİB - FOTO - VİDEO Hadisə Barlı kəndində baş verib
Hadisə
8 Sentyabr , 2015 03:48
​Qubada maşın ağaca çırpılıb, 3 nəfər ölüb - YENİLƏNİB - FOTO - VİDEO

İlk xəbər 22:00-da dərc olunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Qubanın Barlı kəndi ərazisində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı "90 VR 410" dövlət qeydiyyat nişanlı avtomobil çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər dünyasını dəyişib.

*** 22:49

Hadisə yerinə Quba rayon prokuroru Valeh Səmədov və Quba rayon Polis İdarəsinin rəisi Telman Ağasiyev, həmçinin bələdiyyə sədri Vüqar Şirinov, İcra Hakimiyyəti nümayənədəsi Fazil Sevdiyev də gəlib.

*** 22:58

Polisin məlumatına görə, avtomobil Bakı şəhər Nəsimi rayon sakini Qəribova Hicran Samir qızına məxsusdur. Hadisə baş verən zaman maşını Sumqayıt şəhər sakini Qəribov Seymur Samir oğlu idarə edib. Ölənlərdən birinin meyiti Xaçmaz, digər ikisinin meyiti isə Quba rayon mərkəzi xəstəxanalarına aparılıb.

*** 03:47


Son xəbərlər

Orphus sistemi