Qubada iki avtomobil təmir sexi yanıb - FOTO

Qubada iki avtomobil təmir sexi yanıb - FOTO Yanğına səbəb ustaların sobanı sondürməyərək sexi tərk etmələri olub
Hadisə
4 Dekabr , 2015 21:52
Qubada iki avtomobil təmir sexi yanıb - FOTO

Bakı. 4 dekabr. REPORT.AZ/ Quba rayonunda Heydər Əliyev prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən iki avtomobil təmir sexində yanğın baş verib.

Təmir sexinin sahibi Həbib Ağayev "Report"a bildirib ki, sexdə işləyən ustalar motor sexində yararsız motor yağlarından istifadə olunan sobanı sondürməyərək sexi tərk ediblər. Bunun ucbatından təmir sexi bir anlıq alışıb.

Alov o qədər güclü olub ki, qonşu sexədə keçib. Nəticədə hər iki sex tamamilə yanıb. Sexdə olan bütün texniki avadanlıqlar kül olub.

Hadisə yerinə FHN-nin Quba YMX-nin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın 45 dəqiqədə söndürülüb. 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları bu əraziyə nəzarət edir.  

Son xəbərlər

Orphus sistemi