​Qubada ev yanıb

​Qubada ev yanıb Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
20 İyun , 2016 21:37
​Qubada ev yanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Quba rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qeydə alınıb. 

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 81 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 1.5 ton ot bağlamasının 200 kq-ı yanıb.

Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi