Qubada ev yanıb

Qubada ev yanıb Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
16 Noyabr , 2014 09:26
Qubada ev yanıb
Bakı. 16 noyabr. REPORT.AZ/Qubada gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib.

Nəticədə evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi