Qubada dayısı qızına görə həmkəndlisini bıçaqlayan şəxs özünü təqsirli bilib

Qubada dayısı qızına görə həmkəndlisini bıçaqlayan şəxs özünü təqsirli bilib Zərərçəkmişlə təqsirləndirilən arasında barışıq əldə olunub
Hadisə
29 Sentyabr , 2016 13:27
Qubada dayısı qızına görə həmkəndlisini bıçaqlayan şəxs özünü təqsirli bilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamran Baxışovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra K.Baxışov ifadə verib və özünü təqsirli bildiyini deyib.

O bildirib ki, həkəndlisi Mikayıl Musayevi dayısı qızının arxasınca düşdüyünü görəndən sonra bıçaqlayıb: "Əvvəl ona iradımı bildirdim. Sonra aramızda mübahisə düşdü və mən də onu bıçaqla vurdum".

Zərərçəkmiş M.Musayev isə dindirilərkən təqsirləndirilən şəxslə aralarında barışıq yarandığını və ona qarşı heç bir şikayətinin olmadığını vurğulayıb.

Məhkəmənin növbəti prosesi oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə Qubanın Rustov kəndində baş verib. Həmin kəndin 21 yaşlı sakini Kamran Baxışov 26 yaşlı Mikayıl Musayevi bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan M.Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.

K.Baxışov Quba Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi