Qubada bıçaqlanma hadisəsi baş verib - FOTO

Qubada bıçaqlanma hadisəsi baş verib - FOTO ​Onun kim tərəfindən bıçaqlandığı məlum deyil
Hadisə
20 May , 2016 23:41
Qubada bıçaqlanma hadisəsi baş verib - FOTO

Bakı. 20 May. REPORT.AZ/ Qubada bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gecə qeydə alınıb. 

Belə ki, Quba rayonu, Hacıbaba Əliyev küçəsi 83 ünvanda yaşayan 1971-ci il təvəllüdlü Kərimov Elxan Nəcəf oğlu bıçaqlanıb.

Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Yaralı hazırda Quba Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi