Qubada baş verən yanğın zamanı iki nəfər xəsarət alıb

Qubada baş verən yanğın zamanı iki nəfər xəsarət alıb ​​Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Avqust , 2016 11:56
Qubada baş verən yanğın zamanı iki nəfər xəsarət alıb

Quba. 23 avqust. REPORT.AZ/ Quba rayonunda baş verən yanğın zamanı iki nəfər xəsarət alıb. "Report"un məlumatına görə, hadisə rayonun Qımıl-Qazma kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Elşən Ramazanova məxsus yardımçı tikilidə yanğın baş verib. Nəticədə tikilinin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq kül olub. Yanğın zamanı E.Ramazanov və onun atası Ramazan Ramazanov müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi