Qubada toydan qayıdan mikroavtobus qəzaya düşüb, 4 nəfər yaralanıb - FOTO

Qubada toydan qayıdan mikroavtobus qəzaya düşüb, 4 nəfər yaralanıb - FOTO Yaralılardan 3-nün vəziyyəti ağırdır
Hadisə
4 Oktyabr , 2015 02:26
Qubada toydan qayıdan mikroavtobus qəzaya düşüb, 4 nəfər yaralanıb - FOTO

Bakı. 4 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza toydan qayıdan "Ford" markalı "40 BL 392" dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə "KİA" markalı "90 TB 530" dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə "KİA"da olub.

Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi