Bakı. 24 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Quba rayonunun Amsar kəndində yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində birmərtəbəli 5 otaqlı evin andulin materialdan ibarət dam örtüyü, 4 otağın yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.