Qubada 25 yaşlı gənci bıçaqlayan şəxsin adı məlum olub - YENİLƏNİB

Qubada 25 yaşlı gənci bıçaqlayan şəxsin adı məlum olub - YENİLƏNİB Gənc hazırda cərrahiyə şöbəsində əməliyyatdadır
Hadisə
31 Dekabr , 2015 01:05
Qubada 25 yaşlı gənci bıçaqlayan şəxsin adı məlum olub - YENİLƏNİB

Bakı. 31 dekabr. REPORT.AZ/ Ötən axşam Quba rayonunda 25 yaşlı gənci bıçaqlayan şəxsin özündən beş yaş kiçik həmkəndlisi olduğu məlum olub.

"Report"un məlumatına görə, bibisi qızının dalınca gələn Mikayıl Musayevi görən 1995-ci il təvəllüdlü Baxışov Kamran Azer oğlu onu bıçaqlayıb.

Kamranın özü də əl barmaqlarında yaralar əmələ gəldiyi üçün Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

** 22.10

Bakı. 30 dekabr. REPORT.AZ/ Qubanın Rustov kəndində bu axşam bıçaqlanma hadisə baş verib. 

"Report" xəbər verir ki, 1990-ci il təvəllüdlü Musayev Mikayıl Malik oğlu mübahisə zəminində bıçaqlanıb.

Quba Rayon Mərkəzi Xəstəsxanasına çatdırılan gənc hazırda cərrahiyə şöbəsində əməliyyatdadır. 

Quba polisi hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsini araşdırır. 

Son xəbərlər

Orphus sistemi