​Qubada 20 yaşlı şəxs bıçaqlanıb

​Qubada 20 yaşlı şəxs bıçaqlanıb Zərərçəkən Cərrahiyyə şöbəsinə yerləşdirilib
Hadisə
22 Mart , 2016 20:30
​Qubada 20 yaşlı şəxs bıçaqlanıb

Bakı. 22 mart. REPORT.AZ/ Qubanın Bağbanlı kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1996-cı il təvəllüdlü kənd sakini Əliyev Mahir Zahir oğlu Bağbanlı yolunun kənarında yerləşən marketin qarşısında bıçaqlanıb.

Yerli sakin bud və boğaz nahiyələrindən 2 bıçaq zərbəsi alıb. Ona xəsarət yetirən şəxsin Quba rayon Zərdabi qəsəbə sakini, 1993-cü il təvəllüdlü Eldarov Təbriz Əhməd oğlu olduğu müəyyən edilib.

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Mahir Əliyev əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi