Qubada 15 yaşlı qız dərman içərək komaya düşüb

Qubada 15 yaşlı qız dərman içərək komaya düşüb İntihar cəhdinin səbəbi məlum deyil
Hadisə
10 Yanvar , 2016 22:35
Qubada 15 yaşlı qız dərman içərək komaya düşüb

Bakı. 10 yanvar. REPORT.AZ/ Quba rayonunun Aşağı Atuc kənd sakini 2000-ci il təvəllüdlü Kərimova Nərmin Fəzail qızı dərman içərək intihara cəhd edib.

"Report" xəbər verir ki, koma vəziyyətinə düşən Nərminə Quba Mərkəzi Rayon Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Həkim Anar Babayev bildirib ki, xəstəxanaya ağır vəziyyətdə daxil olan xəstənin mədəsi yuyulsa da, qız hələ ki, dərmanın təsirindən komadan ayılmayıb və bu səbəbdən süni tənəffüs aparatına qoşulub. 

Anası Vacibət Kərimova 15 yaşlı Nərminin dərmanı hansı səbəbdən içdiyini bilmədiyini deyir.

Son xəbərlər

Orphus sistemi