Quba-Xınalıq yolunda yol nişanları güllələnib - FOTO

Quba-Xınalıq yolunda yol nişanları güllələnib - FOTO İnspektor: "Bu cür halları görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik"
Hadisə
29 İyul , 2016 18:22
Quba-Xınalıq yolunda yol nişanları güllələnib - FOTO

Quba. 29 iyul. REPORT.AZ/ Quba-Xınalıq yolunda yol nişanları güllələnib. 

5 saylı "Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanov "Report"un Şimal bürosuna bildirib ki, belə hal ilk dəfə il yarım əvvəl baş verib: "Bu yoldakı 20-yə yol dirəyinin üzərindəki nişanları çıxarmışıq. Yol nişanlarına müxtəlif çaplı ov tüfəngi ilə atəş açılıb".

Quba rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin Təbliğat və Təşviqat üzrə inspektoru Azad Əsədov "Report"a açıqlamasında yol nişanlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Yol nişanları sürücünün təhlükəsizliyinə xidmət edir. Yol nişanlarına zərər vurulması halını görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik".

Son xəbərlər

Orphus sistemi