​Quba-Xınalıq yoluna qaya parçaları düşüb

​Quba-Xınalıq yoluna qaya parçaları düşüb Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib
Hadisə
22 Mart , 2016 20:53
​Quba-Xınalıq yoluna qaya parçaları düşüb

Bakı. 22 mart. REPORT.AZ/ Quba-Xınalıq yoluna qaya parçası düşüb. Hadisə sözügedən istiqamətin 36-cı km-liyində qeydə alınıb.

"Report" xəbər verir ki, dağ parçası çox böyük olduğundan, əraziyə gələn xüsusi texnika onu yoldan kənarlaşdıra bilməyib.

Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Bəzi sürücülər yoldan geri qayıdıb.

Quba 6 saylı Yol İstismar İdarəsinin baş mühəndis əvəzi Xanlar Qeybullayev bildirib ki, yolların mütəmadi təmizlənməsi işi davam etdirilsə də, uçqun təhlükəsi hələ də qalmaqdadır.

Bundan əlavə ötən gün Xınalığa 40 santimetrə qədər qarın yağması kəndə gedən turistlər üçün problem yaradıb. Hazırda Quba- Xınalıq yolunun bəzi hissələrində hələ də buz örtüyünün və qaya parçalarının olduğu müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi