Quba sakinini öldürən gəlin və atanın məhkəməsi başlayıb

Quba sakinini öldürən gəlin və atanın məhkəməsi başlayıb Məhkəmənin baxış iclası fevralın 1-nə təyin edilib
Hadisə
25 Yanvar , 2016 12:02
Quba sakinini öldürən gəlin və atanın məhkəməsi başlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Quba rayon sakini Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyevin cinayət işi üzrə məhkəməsi başlayıb. "Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2001-ci ildə Qubada baş verib. Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və qayınatası Həsrət Əliyevlə birgə həyat yoldaşı Əliyev Elman Həsrət oğlunu qətlə yetiriblər. H.Əliyev gəlini ilə əlbir olaraq, oğlunu öldürdükdən sonra yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıb. Hadisədən 14 il sonra - 2015-ci ildə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslər tutulub. Quba Rayon Məhkəməsinin qərarı ilə H.Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi