Qusarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Qusarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib Yaralının vəziyyəti orta ağırdır
Hadisə
25 Sentyabr , 2016 11:09
Qusarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Quba. 25 sentyabr. REPORT.AZ/ Qusar rayonunun Avaranqışlaq kəndində yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonu, Aşağı-Atuc kənd sakini, 1990-cı il təvəllüdlü Ağayev Elşən Mövludşah oğlu qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, bel nahiyəsinin əzilməsi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır. Avtomobilin kimə məxsus olduğu hələlik bilinmir.

Son xəbərlər

Orphus sistemi